2024-cü ilin dekabrında futbolçu karyerasını bitirən Giorgio Kyellini "Yuventus"a geri dönüb.
Offsideplus.az xəbər verir ki, sabiq müdafiəçi Turin təmsilçisində Korporativ Əlaqələr şöbəsinin rəhbəri təyin olunub.
İtalyan ulduz sosial media hesabında bununla bağlı fikirlərini bölüşüb:
"Evimə dönürəm, ancaq fərqli pozisiyada olacam. "Ağ-qara" mənim bir parçamdır. Bu rəngləri hər zaman içimdə hiss etdim. Komandam həm şəxsi, həm də professional yolumda mənə çox şey ifadə etdi. Yeni macəradan dolayı çox həyəcanlıyam və üzərimə düşən məsuliyyətin fərqindəyəm".
Qeyd edək ki, 40 yaşlı sabiq futbolçu 17 il "Yuventus"un formasını geyinib və burda 20 kubok qazanıb.