NTD heyətinə yeni oyunçular cəlb edib.

Offsideplus.az xəbər verir ki, komanda iki amerikalı basketbolçu ilə anlaşıb.

24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Onun son klubu "Montana State University Bellings Athletics" olub.

Digər transfer Kolin Qolsonla da mövsümün sonuna kimi müqavilə bağlanılıb. 22 yaşlı basketbolçunun son komandası "Wayne State University" olub.