Türkiyə Super Liqasının IV turunda "Alanyaspor" qarşı oyun zamanı zədələnən "Fənərbağça"nın ulduzu geri döndü.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlər"in  futbolçusu Aleksandr Djiku komanda ilə birlikdə məşqlərə başlayıb. Digər zədəli Osayi isə fərdi məşqlərə davam edir.

Qeyd edək ki, Türkiyə çempionatının VI turunda "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq.