Bu gün "Qalatasaray" "Qaziantep" ilə Türkiyə çempionatının 3-cü turundan təxirə salınmış oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin 3 ulduzu meydana çıxa bilməyəcək. Viktor Osimhen, İsmail Yakobs və Roland Sallai qaydalara əsasən matçın ertələnməsindən sonra transfer edildikləri üçün qarşılaşmada iştirak edə bilməzlər.

Qeyd edək ki, "sarı-qırmızılar" yeni mövsümdə Super Liqada keçirdikləri 4 oyunun hər birindən qələbə ilə ayrılıblar.