Saşa Boey "Bayern"in məşqində sol dizindən ağır zədələnmişdi.

Offsideplus.az xəbər verir ki, klub açıqlamasında oyunçunun bir neçə həftəyə geri dönəcəyini bildirmişdi. Lakin, "BİLD" nəşri fransız futbolçunun nəinki həftələr, ən tez bir neçə aya sağalacağını iddia edib.

Məlumatda sabiq "Qalatasaraylı"nın daha öncə də ağır zədə keçirdiyi, hətta bu səbəblə karyerasını bitirməyə yaxın olduğu da qeyd olunub:

"Boey çox əzmkar və cəsarətlidir. O, 2017-ci ildə ağır zədəyə görə futboldan uzaqlaşmağa belə yaxınlaşdı. Ancaq sona qədər mübarizə apararaq geri döndü".