"Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda "Qəbələ"nin yetirməsi olan Sənan Ağalarovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu icarə əsasında mövsümün sonuna kimi "qırmızı-ağlar"ın formasını geyinəcək.