Dünya ulduzu Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"i yeni baş məşqçi çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, klub yeni mövsümdə Səudiyyə Ərəbistan çempionatında 3 oyuna çıxıb və 1 qələbə, 2 bərabərliklə kifayətlənib. Bu nəticələrdən sonra baş məşqçi Luis Kastronun komandadan göndərilməsi gözlənilir.

Fabritsio Romanonun yaydığı məlumata görə, "Əl-Nəsr" bu məqsədlə Stefano Pioli ilə danışıqlara başlayıb.

Qeyd edək ki, daha öncə "Milan"dan ayrılan Piolinin "Əl-İttihad"a keçəcəyi iddia olunsa da baş tutmamışdı.