"Neftçi"nin sabiq mətbuat katibi Emin Əfəndi Rusiyaya buraxılmayıb.
Offsideplus.az xəbər verir ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.
Buna səbəb E. Əfəndinin Teleqram kanalında etdiyi paylaşımlardır. Onun yazdığı bəzi ifadələr qonşu ölkənin xoşuna gəlməyib.
Keçmiş mətbuat katibinin bəzi paylaşımlarından hissələri sizə təqdim edirik:
“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var.
Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”.
Həmçinin, o, 29 iyulda “Dream Fest”lə bağlı paylaşım edərək rus ulduzların tədbirdə iştirak etməməsi haqda bu fikirlərə yer verib:
“Builki “Jara”, yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu".
Qeyd edək ki, E. Əfəndi 1 il müddətində "Neftçi"də çalışıb. O, “Dəyirman” qrupunun da yaradıcısıdır.
(olay.az)
.webp?1755591449572)



