Tanınmış türk məşqçi Fatih Terim Səudiyyə Ərəbistanın "Əl-Şabab" klubundan rəsmən ayrılıb.

Offsideplus.az xəbər verir ki, 71 yaşlı çalışdırıcı ilə iyunun 30-da başa çatan müqavilənin müddəti uzadılmayıb.

Fatih Terim 2024-cü il dekabrın 27-də "Əl-Şabab"a baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 23 oyuna çıxıb (12 qələbə, 4 bərabərlik, 7 məğlubiyyət) və yekunda ölkə çempionatını 6-cı pillədə bitirib.

Artıq "Əl-Şabab" rəhbərliyi yeni baş məşqçi ilə anlaşıb. Bu, 54 yaşlı ispaniyalı İmanol Alquasildir.

O, bütün məşçqilik fəaliyyətini "Real Sosyedad"da keçirib. 2018-ci ilin dekabrından 2025-ci ilin iyununa qədər bu klubun əsas komandasına rəhbərlik edib, 2020-ci ldə İspaniya Kubokunu qazanıb. 

"Əl-Şabab" Alquasil üçün İspaniyadan kənarda ilk iş yeri olacaq.