"Barselona"nın hücumçusu Robert Levandovski Polşa milli komandasında çıxışını dayandırıb.

Offsideplus.az xəbər verir ki, o, baş məşqçi Mixal Probejlə aralarındakı fikirayrılığına görə belə qərar verib.

"Mixal Probej yığmada işlədiyi müddətdə mən milli komandada oynamayacağam. İnanıram ki, tezliklə yenidən bu komandaya qayıdıb azarkeşlərə sevinc bəxş edəcəyəm", - deyə 36 yaşlı futbolçu vurğulayıb.

Qeyd edək ki, Levandovski Polşa yığmasında 158 oyun keçirib, 85 qol vurub.