Daha öncə Araz Musayevin Türkiyədə bıçaqlanması barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionunun son durumu bəlli olub. O, sosial şəbəkə hesabında paylaşım edərək, bu sözləri yazıb:
"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", deyə A.Musayev qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Muay Tay Federasiyasının Türkiyədə təşkil etdiyi dünya çempionatına qatılan 14 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Araz Musayev mayın 28-də Antalyada bıçaqlanmışdı.