Ukraynanın "Vorskla" klubu 29 ildən sonra ölkə çempionatının 1-ci Liqasına yuvarlanıb.

Offsideplus.az xəbər verir ki, bu mövsüm Premyer Liqada 13-cü yeri tutan Poltava təmsilçisi pley-off oyunlarında 1-ci Liqanın 4-cüsü "Kudrivka"nı üstələyə bilməyib - 2:1, 0:1, penaltilər seriyasında 3:4.

"Vorskla"nı vaxtilə "Keşlə" klubuna Azərbaycan Kubokunu qazandıran Yuri Maksimov çalışdırır.

Qeyd edək ki, poltovalılar 2018/2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olublar. Maraqlıdır ki, evdə 0:1 hesabı ilə uduzan Ağdam klubu səfərdə eyni hesabla qalib gəlmişdi.