Misli Premyer Liqasının bürünc medallarını qazanan "Araz-Naxçıvan" rəhbərliyi 2 futbolçu ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Naxçıvan təmsilçisinin şərəfini qoruyacaq.

Moldova yığmasında da çıxış edən qapıçı Avramla razılaşmanın müddəti 1 illiyə uzadılıb. O, 2023-cü ildən "Araz-Naxçıvan"da iştirak edir. 

Burkino fasolu müdafiəçi Paro isə müqaviləni "1+1il" sxemi üzrə artırıb. Futbolçu ötən il komandaya cəlb olunub.

Xatırladaq ki, "Araz-Naxçıvan" rəhbərliyi dünən baş məqçi Elmar Baxşıyevlə də yeni müqavilə bağlayıb.