"Qalatasaray" 25-ci çempionluğunu qeyd etmək üçün mayın 25-i tədbir keçirəcək.

Offsideplus.az xəbər verir ki, bu tədbirdə bir çox müğənni də iştirak edəcək. İstanbul klubu bura dünyaca məşhur birini dəvət etmək istəyir.

"Sarı-qırmızılar" Dua Lipanı gətirməyi düşünürdü. Lakin albaniya əsilli müğənni buna görə 3.5 milyon avro tələb edib.

Bu da "Qalatasaray" rəhbərliyini düşünməyə vadar edib.

Əlavə edək ki, türkiyəli müğənnilərdən - Kenan Doğulu, Block 3, Gökhan Kırdar, Altay, Emircan İğrek, Güliz Ayla, Gripin, Atiye, Aydilge və Coşkun Sabah bu tədbirdə iştirak edəcək.