Futbolçu Anatoli Nuriyev "Sabah" klubunun heyətində 100-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının son turunda "Qarabağ"a qarşı görüşə təsadüf edib.
Bu əlamətdar hadisə ilə əlaqədar A.Nuriyevə "Sabah" rəhbərliyi tərəfindən xüsusi forma təqdim olunub.
Qeyd edək ki, Azərbaycan yığmasının da şərəfini qoruyan futbolçu 2022-ci ilin yayından "bayquşlar"ın uğuru üçün çalışır.