Dünən İspaniya Kuboku uğrunda yarışın yarımfinalında "Real Sosyedad"ı mübarizədən kənarlaşdıran Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti bu gün səhər məhkəməyə gedib.

Offsideplus.az xəbər verir ki, 65 yaşlı italyan çalışdırıcı 2014-15-ci illərdə "kral klubu"nda işləyərkən, 1 milyon 62 min avro dəyərində vergidən yayınmaqda ittiham olunur. O, imic hüquqlarının istifadəsinə görə əldə olunan qazancdan vergi ödəməməkdə günahlandırılır.

Bu gün məhkəmə qarşısında dayanan Ançelotti günahsız olduğunu bildirib.

Prokuror isə vergi və cəzalarla birgə 3 186 237 avro ödənilməsini və məşqçiyə 4 il 9 ay həbs cəzası verilməsini tələb edir.

Məhkəmənin qərarı yaxın vaxtlarda açıqlanacaq.