Türkiyənin "Denizlispor" klubunun prezidenti Erkan Ergil aclıq aksiyasına başlayıb.

Offsideplus.az xəbər verir ki, o, komandaya sahib çıxılmadığı üçün bu qərarı verib:

"İmsaqımı açdım, qeyri-müəyyən aclıq orucuna başlayıram. İndi "Denizlispor" yoxa çıxır, mənim üçün başsağlığı yeri şəhər mərkəzidir. Mən təkəm. Bunu heç kimlə planlaşdırmadım. Heç kəsi dəvət etmirəm"

III Liqa 4-cü qrupda mübarizə aparan "Xoruzlar" hazırda 17 xalla 16 komanda arasında 15-ci yeri tutur.