Niderlandın PSV klubunda çıxış edən Lukas Perez ağır xəstəliyə yoluxub.
Offsideplus.az xəbər verir ki, ispaniyalı hücumçuda vərəm aşkarlanıb.
O, bir neçə həftə təcrid olunmalı və antibiotik müalicəsi keçməlidir.
Peres bu mövsüm bir daha meydana çıxa bilməyəcək.
36 yaşlı futbolçu bu ilin fevralında "Deportivo"dan PSV-yə transfer olmuşdu.
O, bir dönəm "Arsenal"da da çıxış edib.