Azərbaycan futbolunun əfsanəsi, "Neftçi" klubunun sabiq qapıçısı Çingiz İsmayılov dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, veteran futbolçu bu gün 90 illik yubileyi ərəfəsində gözlərini əbədi yumub. 

Pnevmoniya xəstəliyindən əziyyət çəkdiyi bildirilən Ç.İsmayılov martın 18-də xəstəxanaya yerləşdirilmişdi. 

Çingiz İsmayılov bütün həyatı boyu futbola bağlı olub. O, 1955-1962-ci illərdə "Neftçi" klubunda, müxtəlif illərdə isə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandalarında çıxış edib.

Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra "Neftçi"nin rəisi, Fuad Musayevin prezidentliyi dövründə AFFA-nın baş katibi vəzifələrində işləyib. O, ümumxalq sevgisini televiziyada futbol şərhçisi işləyərkən qazanıb. Özünəxas səs tembri, yüksək futbol biliyii olan Ç.İsmayılov tamaşaçıların, azarkeşlərin yaddaşında dərin iz buraxıb.

2022-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Yaşasaydı, bu il aprelin 12-də 90 yaşını qeyd edəcəkdi.

Allah rəhmət eləsin!