UEFA Hakimlər Komitəsinin üzvü, dünya və Avropa çempionatlarının final mərhələlərində dəfələrlə iştiak etmiş Byorn Kuypers bu gün azərbaycanlı həmkarlarına seminar keçib.
Offsideplus.az xəbər verir ki, öncə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxış edərək, ökəmizdə hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib. Bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladan S.Hacıyev vurğulayıb ki, onun parlaq karyerası gənclərə nümunə olmalıdır.
Daha sonra Byorn Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
FIFA referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub. AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərimizə seminar keçmək üçün Bakıya gələn Byorn Kuypersə təşəkkürlərini bildiriblər.
Hollandiyalı qonağa onun təvəllüdünü əks etdirən milli komandamızın 73 nömrəli forması hədiyyə olunub.