Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə Türkiyənin "Ankaragücü" klubundan ayrılan 26 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək.

O, Polşa çempionatında mübarizə aparan "Radomyak" komandasına transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycanlı futbolçu ilə qısamüddətli müqavilə bağlanılıb. Tərəflər bu il iyunun 30-dək nəzərdə tutulan razılaşmaya qol çəkiblər.

Qeyd edək ki, "Radomyak"da yığmamızın daha bir futbolçusu, müdafiəçi Rahil Məmmədov da oynayır.

Radom şəhərini təmsil edən klub Polşa Ekstraklasasında 13-cü pillədə qərarlaşıb.