Futbol üzrə Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubundakı çıxışını başa vurub.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Ankara təmsilçisi ilə vidalaşıb.
Tərəflər arasındakı müqaviləyə vaxtından qabaq xitam verilib. Dadaşovun "Annkaragücü" ilə razılaşması 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.
Həmvətənimiz Türkiyənin birinci liqasında yarışan Ankara klubuna 2024-cü ilin avqustuda transfer olmuşdu. Renat cari mövsümdə 17 dəfə forma geyinib, 2 qol vurub, 1 qol ötürməsi edib.
Yayılan məlumatlara görə, Dadaşov karyerasını Azərbaycanda davam etdirəcək.