"Qalatasaray"ın futbolçusu Mauro İkardi dizindən cərrahi əməliyyat ediləcəyi Buenos-Ayresə gəlib və qalmaqala məruz qalıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Forvard Argentinanın paytaxtında tibbi baxışdan əvvəl, keçmiş həyat yoldaşı Vanda Naranın evində müvəqqəti yaşamaq qərarına gəlib. Amma aralarındakı mübahisədən sonra Vanda polislə əlaqə saxlayıb, İkardinin onu silahla hədələdiyini və həyatı ilə bağlı qorxu keçirdiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə gələndə futbolçunu yatmış vəziyyətdə görüblər. Axtarış zamanı isə heç bir silah tapılmayıb, amma İkardiyə keçmiş həyat yoldaşına və evinə yaxınlaşmaq qadağan edilib. Polislər Mauronu polis bölməsinə aparıblar.
Qeyd edək ki, cari mövsümdə İkardi "Qalatasaray"ın heyətində 14 oyuna 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.