Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni Infantino Bakıda keçirilən COP29-da iştirakından danışıb.
Offsideplus.az xəbər verir ki, FIFA prezidenti bu mötəbər tədbirdəki iştirakı ilə bağlı fikirlərini şəxsi "İnstagram" hesabında paylaşıb. Dünyanin ali futbol qurumunun rəhbəri bunları söyləyib:
"Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi. FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA İqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm".