Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Türkiyənin baş məşqçisi olduğum üçün çox xoşbəxtəm, amma "Roma"dan təklif gələrsə, bu məni çox çətin seçim olar. Karyerasının çox böyük hissəsini klubda keçirən və dəyərlərə bağlı olan hər kəs kimi addım ataram".

Qeyd edək ki, sözügedən çalışdırıcı 2023-cü ildən Türkiyə yığmasına rəhbərlik edir.