"Fənərbağça"nın sabiq üzvü Serhat Akın silahlı hücuma məruz qalıb.
Offsideplus.az xəbər verir ki, veteran futbolçu yutub kanallarının birində canlı yayımda ekspertlik edir. Ayağından vurulan Serhat şəxsi hesabından paylaşım edib:
"Proqramdan çıxarkən silahla vuruldum. Ayağımdan atəş açıblar. O anda belə son sözüm "Fənərbağça" oldu".
Xatırladaq ki, Serhat Akın İstanbul nəhənginin prezidenti Ali Koçun ən kəskin tənqidçisi kimi tanınır. O, bir neçə gün öncəki açıqlamasında təhdid olunduğunu demişdi.