II Liqada mübarizə aparan "Ağdaş" futbol klubunun prezidenti Rəhman Əliyev dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial media hesablarında paylaşım ediblər.
Qeyd olunub ki, o, dünən gecə saatlarında suda boğulub.
Əliyev, həmçinin komandanın aşağı yaş qruplarında məşqçi kimi çalışırdı.