Albaniyanın "Eqnatiya" klubunun futbolçusu Rafael Dvamena həyatını itirib.
Offsideplus.az klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ölkə Super Liqasının "Eqnatiya" - "Partizani" matçında infarkt keçirib.
O, yerindəcə keçinib.
Qeyd edək ki, "Eqnatiya"da azərbaycanlı futbolçu Vüsal İsgəndərli də çıxış edir.