II MDB Oyunları üçün Belarusa yola düşən muay-tay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən azyaşlı belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.
Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə - komandasının yanına qayıdıb.