Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, bununla bağlı 37 yaşlı hücumçu bu gün "Çırağan Sarayı"nda sözügedən mövzü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib:
"Bu gün bu mətbuat konfransını nədən təşkil edirik? Ötən gecə dünyanın ən böyük futbolçularından biri (red: İbrahimoviçi nəzərdə tutur) stadionda azarkeşlərə əl edərək vidalaşdı. Məndə istərdim ki, belə vidalaşım, amma qismət olmadı. İnternetdən karyeramı bitirdiyimi açıqlasaydım, özümü rahat hiss edə bilməzdim. Bunun mənim futbolçu karyerama yaraşmayacağını düşündüm. Hər zaman qarşılıqlı münasibətdən yanayam. Bu gün karyeramı bitirdiyimi açıqlayıram" - deyə təcrübəli futbolçu bildirib.
Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində 10 fərqli klubda çıxış edib. O. bütövlükdə 555 oyun keçirib, 267 qol vurub və 77 assist edib.
Fəqan İbrahimli