"Xəzər Bakı" Futbol Klubu və "ƏMANƏT" layihəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün futbol üzrə master klass keçirilib.
Offsideplus.az xəbər verir ki, klubun məşqçiləri Seyran Əbilov və Cəlal Həsənli tərəfindən keçirilən ustad dərslərində "Xəzər Bakı"nın üzvləri ilə yanaşı Şəhid Samir İslamovun əmanətləri İdris və İslam İslamzadələr, Şəhid Müzəffər Ağalıyevin əmanətləri Nurlan və Fərid Ağalıyevlər, Şəhid Telman Kəlbiyevin əmanətləri Elcan və Səid Kəlbiyevlər də iştirak ediblər.
Daha sonra "Xəzər Bakı" Futbol Klubunun və "ƏMANƏT" layihəsinin komandası arasında yoldaşlıq görüşü keçirilib.
Təlimin sonunda əmanətlərə sertifikatlar və hədiyyələr təqdim olunub.