Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Neftçi" - "Turan Tovuz" matçından (2:0, ilk görüş - 0:1) sonra gərginlik yaşanıb.
Offsideplus.az-ın məlumatına görə, qonaqların azarkeşləri ilə polislər arasında mübahisə yaranıb.
Nəticədə 3 "Turan Tovuz" fanatı saxlanılaraq ərazi üzrə polis idarəsinə aparılıb.
Offsideplus.az