Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, sıralamada 306 komanda yer alıb. Onların arasında Azərbaycan klublarından yalnız "Qarabağ" var.

"Köhlən atlar" 149 xalla 62-ci pillədə qərarlaşıb. "Qarabağ"ın mövqeyi son reytinqlə müqayisədə dəyişməyib.

Ağdam təmsilçisi Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında isə 1-ci sırada yer alıb.

Reytinq cədvəlinə nəzəz salsaq görərik ki, "Qarabağ" bir sıra adlı-sanlı klubları qabaqlayır. Belə ki, "Ayaks" (Niderland-148 xal) 63-cü, İspaniyanın "Atletiko" (Madrid- 131) və "Sevilya" (114 xal) müvafiq olaraq 86 və 113-cü, "Qalatasaray" (Türkiyə-76.5) 226-cı pillədə yer alaraq təmsilçimizdən geri qalan məşhur komandalardan bir neçəsidir.

Qeyd edək ki, ilk "3-lük"də "Flamenqo" (Braziliya – 327 xal), "Real" (İspaniya - 298) və "Mançester Siti" (İngiltərə - 254) klubları qərarlaşıb.