Yenidən UEFA-nın prezidenti seçilən Aleksander Çeferin Avropa Super Liqası layihəsini "canavar"a bənzədib.

Offsideplus.az xəbər verir ki, sloveniyalı funksioner bu sözləri deyib:

 "Heç kim utancdan ölmədi, çox gözəl... Avropa Super Liqası "Qırmızı Papaq" nağılındakı qurd kimidir. Sizi yeməyə hazırdır. Bu layihəni irəli sürənlər futbolu xilas etmək istədiklərini deyirlər. Lakin heç kəs axmaq deyil".

Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA-nın prezidentidir.