"İnegölspor" klubunun iki sabiq futbolçusu oyun alğı-satqısında şübhəli bilindiyi üçün saxlanılıb.
Offsideplus.az xəbər verir ki, bunlar qapıçılar Emre Selen və Sercan Çobanoğludur.
Liga 2 təmsilçisi bildirib ki, ötən ilin dekabrında həmin oyunçularla bağlı prokurorluğa müraciət ediblər. Selen və Çobanoğludan başqa daha üç şübhəli tutulub.
Sercan Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə "Sivas Bələdiyyə"nin formasını geyinir.