Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə Canni İnfantino yenidən FIFA prezidenti seçilib.
Offsideplus.az xəbər verir ki, isveçrəli futbol funksioneri 2027-ci ilədək bu vəzifəni icra edəcək. Bu barədə ali futbol qurumu rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidentidir.