Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
“Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib. İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv olunub.
“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.
İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılıb.