Gənclər və idman naziri Fərid Qayıbov bu ay ərzində beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan idmançıları ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, idmançıları salamlayan Qayıbov onları ilin ilk qalibləri olmaları münasibətilə təbrik edib, yeni qələbələr arzulayıb.
Tədbirdə stend atıcılığı, sumo və boks yarışlarında ölkəni uğurla təmsil etmiş idmançılar çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər. Həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqqında danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.