Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinin yeni sədrini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Lale Orta təyin edilib. O, bir müddət əvəl istefaya vermiş Sabri Çeliki əvəzləyib.
Qeyd edək ki, 63 yaşlı sabiq referi vaxtı ilə aşağı liqa, həm də Super Liqada baş hakim kimi oyunlara təyinat alıb. O, Türkiyənin qadınlar arasında ilk FİFA referisidir. Onu da bildirək ki, sözügedən vəzifəyə ilk dəfə olaraq, qadın sədr təyin olunub.