FİFA prezidenti Canni İnfantino quruma üzv olan bütün ölkələrdəm əfsanəvi braziliyalı futbolçu Pelenin şərəfinə bir stadionun adının dəyişdirilməsini xahiş edəcəyini açıqlayıb.

Offsideplus.az  "Globo Esporte"yə istinadən xəbər verir ki, qurum rəhbəri bununla bağlı danışıb:

"Mən çoxlu emosiyalar yaşayıram. Çox kədərlidir, amma eyni zamanda gülümsəyirəm, çünki Pele bizə çoxlu gülüşlər bəxş etdi. Biz "kral"ın xatirəsini ehtiramla yad edəcəyik. Bütün dünya ölkələrindən oyunlardan əvvəl bir dəqiqəlik sükut təşkil etmələrini xahiş edirik".

"Bundan əlavə, biz dünyanın bütün ölkələrindən xahiş edirik ki, heç olmasa bir stadiona Pelenin adını versinlər ki, uşaqlar bunun nə qədər vacib olduğunu bilsinlər” - deyə, İnfantino bildirib.

Qeyd edək ki, üçqat dünya çempionu dekabrın 29-da 82 yaşında dünyasını dəyişib.