Braziliyalı əfsanəvi futbolçu Pele ilə "Santos"un "Vila Belmiro"dakı stadionunda vida mərasimi keçirilib.
Offsideplus.az "Ge Globo"ya istinadən xəbər verir ki, mərasimdə FİFA prezidenti Canni İnfantino, Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges və CONMEBOL prezidenti Aleksandro Dominqes Vilson-Smit iştirak ediblər.
24 saat davam edəcək vida mərasimindən sonra tabut Santos küçələri ilə Pelenin 100 yaşlı anasının yaşadığı evə aparılacaq. Dəfn mərasimində yalnız Pele ailəsinin üzvləri iştirak edəcək.
Qeyd edək ki, Pele demək olar ki, karyerasının əsas hissəsini “Santos”da keçirib. O, 1956-1974-cü illərdə bu klubla 6 dəfə Braziliya çempionu olub və 5 dəfə isə ölkə kubokunu qazanıb. O, 3 dəfə Dünya kubokuna sahib çıxan (1958, 1962,1970) yeganə futbolçudur.