Braziliyalı əfsanəvi futbolçu Pele ilə "Santos"un "Vila Belmiro"dakı stadionunda vida mərasimi keçirilib.

Offsideplus.az "Ge Globo"ya istinadən xəbər verir ki, mərasimdə FİFA prezidenti Canni İnfantino, Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges və CONMEBOL prezidenti Aleksandro Dominqes Vilson-Smit iştirak ediblər.

24 saat davam edəcək vida mərasimindən sonra tabut Santos küçələri ilə Pelenin 100 yaşlı anasının yaşadığı evə aparılacaq. Dəfn mərasimində yalnız Pele ailəsinin üzvləri iştirak edəcək.

Qeyd edək ki, Pele demək olar ki, karyerasının əsas hissəsini “Santos”da keçirib. O, 1956-1974-cü illərdə bu klubla 6 dəfə Braziliya çempionu olub və 5 dəfə isə ölkə kubokunu qazanıb. O, 3 dəfə Dünya kubokuna sahib çıxan (1958, 1962,1970) yeganə futbolçudur.

aa 20230102 29896685 29896678 vila z1PC

3552642 d87bcd5fdfe4db73c7bbc84433541b72 640x640

3552642 e251e2d1636f9bdc25f65c79fe215adb 640x640

rue596c274d28

rue9c15726259