Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Offsideplus.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib, beş nəfər xəsarət alıb.
Digər avtomobildə isə I Divizionun XIV tur matçı "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununu idarə etmək üçün Mingəçevirə gedən hakimlər - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov olublar. Onların arasında həyati təhlükəsi olan yoxdur.