Bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində qətl hadisəsi baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.
Offsideplus.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
"Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”, - məlumatda deyilir.