Avstriya yığmasının sabiq hücumçusu Qerhard Rodaks qatarın təkərləri altında qalaraq həlak olub.
Offsideplus.az xəbər verir ki, 57 yaşlı sabiq oyunçu aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə çərşənbə günü səhər Avstriyanın Traiskirxen şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, o, intihar edib.
Qeyd edək ki, Rodaks "Admira Vaker", "Atletiko" və "Rapid"də oynayıb. O, Avstriya millisinin tərkibində 1990-cı il dünya çempionatında iştirak edib.