Portuqaliya yığmasının üzvü Bruno Fernandes yığmanın düşərgəsində kapitan Kristinao Ronaldonu soyuq qarşılayıb.
Offsideplus.az xəbər verir ki, o, paltardəyişmə otağına girərək bütün futbolçularla görüşsə də "Mançester Yunayted"də komanda yoldaşı olan Ronaldonun üzünə baxmaq istəməyib.
Kristiano isə buna təəcübələnib və ona əl uzadıb. Bruno hər zaman isti münasibətdə olduğu həmkarının əlini həvəssiz şəkildə sıxıb. Fernandesin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.