Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi” adına layiq görülmüş məşqçi və hakim Vaqif Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Vaqif Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandığı vaxtdan 2007-ci ilə kimi – 13 il ərzində nazirliyin kollegiya üzvü olub. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) təsis edildiyi ilk gündən prezident seçilmişdir. O, Azərbaycanda voleybol idman növünün inkişafında, yüksək səviyyəli idmançıların hazırlanması sahəsində 40 ildən artıq böyük səy göstərib.
Allah Rəhmət Etsin!