UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.
Offsideplus.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin 5-ci tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.
Buna görə TFF 25 000 avro cərimələnib. Həmçinin, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılması haqda qərar verilib.
Qeyd edək ki, Türkiyə - Lüksemburq matçı (3:3) heç-heçə ilə başa çatıb.