İtaliyanın Roma şəhərində "Qarabağ" klubunun fan-qrupunu yaradan Fabritsio Konti Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Olimpiakos"la oyununa dəvət olunub.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı italiyalı 0:0 hesabı ilə başa çatan oyunu izləyib, matçdan sonra baş məşqçi Qurban Qurbanovla görüşüb.

F.Konti saytımıza açıqlamasında noyabr ayından etibarən Roma şəhərində "Qarabağ"ın oyunlarını azarkeşlər və futbolsevərlərlə birgə izləmək üçün addım atılacağını söyləyib:

"Gələn aydan etibarən Romada "Qarabağ" komandasını birlikdə izləmək üçün bəzi tədbirlər təşkil olunacaq.  İtaliya və Roma şəhərində yaşayan azərbaycanlıları, romalıları  "Qarabağ"ın oyunlarını böyük ekrandan izləməyə dəvət edəcəyik".

Məşhur tennisçi Rocer Federer, “Yuventus”, “İnter”, “Milan” kimi klublarla çalışmış italiyalının Romada yaratdığı fan-qrup barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Untitled design 29

 

WhatsApp Image 2022 10 16 at 13.53.12

 

WhatsApp Image 2022 10 16 at 13.53.13

 

WhatsApp Image 2022 10 16 at 13.53.13 3

WhatsApp Image 2022 10 16 at 13.53.13 2

 

Günay Xəlil