FİFA prezidenti Canni İnfantino İndoneziyada baş verənfaciə ilə bağlı başsağlığı verib.
Offsideplus.az xəbər verir ki, o, FİFA-nın saytına açıqlamasında deyib: “Kanjuruhan" stadionunda "Arema" - "Persebaya" oyunundan sonra İndoneziyada baş verən faciəli hadisələrdən sonra futbol dünyası şokdadır. Bu, futbolla məşğul olan hər kəs üçün qara gündür. Bu faciəni başa düşmək mümükün deyil.
Bu faciədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün düşüncələrimiz və dualarımız hadisə qurbanlarının, xəsarət alanların yanındadır".
Qeyd edək ki, "Arema" - "Persabaya" görüşündən sonra azarkeşlərlə polis arasında kütləvi dava baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib, azı 180 nəfər yaralanıb.